Qapıçılar hamıdan öndə: Seninin dünya rekordu
21.08.2022 - 11:16
Qapıçılar hamıdan öndə: Seninin dünya rekordu

Milli çempionatların yüksək liqalarında ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlinə qapıçılar başçılıq edir.

Futbol tarixinin rekordu Rojerio Seniyə məxsusdur. Peter Şilton “800” səddini adlayan ikinci futbolçudur. Bu iki qapıçıdan başqa heç kim belə göstəriciyə nail olmayıb. Ümumilikdə isə 14 oyunçu yüksək liqada 700 və daha çox matça çıxıb.

1. Rojerio Seni (Braziliya) - 873
2. Peter Şilton (İngiltərə) - 848
3. Joselito Vaka (Boliviya) - 767
4-5. Huqo Qatti (Argentina) - 765
Roberto Dinamite (Braziliya) - 765
6. Oskar Peres (Meksika) - 741
7. Osvaldo Sançes (Meksika) - 725
8. Alan Ball Junior (İngiltərə) - 720
9-10. Xavyer Zanetti (Argentina) - 717
Roberto Karlos (Braziliya) - 717
11. Con Hollins (İngiltərə) - 715
12. Ray Klemens (İngiltərə) - 712
13. Pat Cenninqs (Şimali İrlandiya) - 709
14. Bencamin Qalindo (Meksika) - 700

writer photo
Əlirza Əlirzalı
0