Qapıçını vuran azarkeş həbs olundu
29.11.2022 - 11:27
Qapıçını vuran azarkeş həbs olundu

Türkiyə I Liqasının XV turunda keçirilən “Göztepe” – “Altay” oyununda qonaqların qapıçısı Ozan Evrim Özençə xəsarət yetirən azarkeş həbs olunub.

Apasport.az saytının məlumatına görə, matç zamanı meydançaya düşərək korner bayrağı ilə qolkiperin başına zərbə vuran şəxs polislər tərəfindən saxlanılıb.

Qəsdən adam öldürmə cəhdində günahlandırılan “Göztepe” fanatı həbsxanaya göndərilib. Prokuror künc nöqtəsindəki dirəyi silah hesab edib. Azarkeş məhkəmə qarşısına çıxdıqdan sonra haqqında hökm veriləcək.

Qeyd edək ki, məhz bu hadisə səbəbindən oyun yarımçıq dayandırılıb.
 

writer photo
Əlirza Əlirzalı
0