“Qarabağ”a 2 qol vurdu, “Real”ın transfer siyahısına düşdü
28.10.2023 - 11:36
“Qarabağ”a 2 qol vurdu, “Real”ın transfer siyahısına düşdü

Avropa Liqasının “Qarabağ”la oyununa iki qol vuran Alexandro Qrimaldo “Real”ın transfer siyahısına düşüb.

Apasport.az xəbər verir ki, “Barselona”nın yetirməsi “Bayer”də göstərdiyi oyunla madridlilərin diqqət mərkəzinə düşüb.

“Kral klubu”nun rəhbərliyi 28 yaşlı müdafiəçi üçün təklif göndərməyi planlaşdırır. O, bu ilin yayında Almaniya klubuna keçib.

Qeyd edək ki, Qrimaldo “Bayer” – “Qarabağ” görüşündə (5:1) dubla imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0