“Qarabağ”ın sabiq qapıçısı Premyer Liqa klubunda
23.08.2024 - 15:18
“Qarabağ”ın sabiq qapıçısı Premyer Liqa klubunda

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, 37 yaşlı qolkiper “Everton”la razılaşıb. Bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bosniyalı qolkiperlə 1 illik müqavilə imzalanacaq.

Son klubu QPR olan Asmir 2019-cu ilin sentyabrından dekabrına kimi “Qarabağ”ın formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0