Qattuzo: "Fənərbaxça" tam deyildi..."
11.07.2024 - 13:15
Qattuzo: "Fənərbaxça" tam deyildi..."

Dünən keçirilən "Fənərbaxça" - “Hayduk Split” yoldaşlıq oyunu xorvatların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Apasport.az xəbər verir ki, “Hayduk”un baş məşqçisi Gennaro Qattuzo oyundan sonra maraqlı açıqlamalar verib.

İtaliyalı mütəxəssis oyunu belə dəyərləndirib:

“Fənərbaxça”nın nə qədər yaxşı komanda olduğunu bilirik. Dünənə qədər “Mançester Siti”də, “Yunayted”də oynamış böyük oyunçuları var. Qələbə önəmlidir, amma bu sadəcə yoxlama oyunudur və böyütməyə ehtiyac yoxdur. “Şaxtyor” və “Fənərbaxça”ya qarşı yaxşı oynadıq, hələ tam deyildilər. Ona görə də, çox uçmağa ehtiyac yoxdur”.

Qattuzo həmkarı Joze Mourinyo ilə söhbətləri ilə bağlı da danışıb:

“Hayduk” haqqında çox danışmadıq, amma niyə “Marsel” və “Napoli”dən sonra buranı seçdiyimi soruşdu. “Hayduk” mənim üçün “Real Madrid” kimidir. Yaxşı məşq etdiyimiz, yaxşı işlədiyimiz müddət ərzində xoşbəxtəm. “Hayduk”da keçirdiyim 21 gün mənə həzz verdi. Evdə televizora baxıb, not dəftərində qeydlər aparmaqla baş məşqçi olmaq olmur”. 

Qeyd edək ki, Gennaro Qattuzo Xorvatiyaya “Marsel”dən gəlib. O, ötən mövsüm fransızları 24 oyuna çıxarıb.
 

writer photo
Əlirza Əlirzalı
0