“Qızıl top”un qalibi dünyasını dəyişdi
09.07.2023 - 14:12
“Qızıl top”un qalibi dünyasını dəyişdi

İspaniyalı əfsanəvi futbolçu Luis Suares Miramontes dünyasını dəyişib.

Apasport.az saytı xəbər verir ki, “Qızıl top”un qalibi 88 yaşında dünyadan köçüb.

Miramontes karyerası ərzində “Deportivo”, “Espanyol İndastrial”, “Barselona”, “İnter” və “Sampdoriya”nın şərəfini qoruyub. O, “Barselona”nın heyətində iki dəfə İspaniya çempionu olub və kuboku qazanıb. 1960-cı ildə Kataloniya klubunda çıxış edərkən, “Qızıl top” mükafatına layiq görülüb.

Luis “İnter”lə üç dəfə İtaliya çempionu tituluna yiyələnb. Bundan başqa, o, iki dəfə Çempionlar və Qitələrarası kuboklarını əldə edib.

Qeyd edək ki, Miramontes 1964-cü ildə Avrop çempionu olan İspaniya yığmasının əsas üzvlərindən olub.
 

writer photo
Əlirza Əlirzalı
0