Qızıl üçün qızılı butslarda - Messi
19.11.2022 - 11:01
Qızıl üçün qızılı butslarda - Messi

Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-də geyinəcəyi butsları təqdim edib.

Apasport.az saytının məlumatına görə, qızıl medallara əsas namizədlərdən sayılan yığmanın lideri Qətərdəki mundialda qızılı rəngli ayaqqabılarla oynayacaq.

Üstü qızılı rəngə boyanan butslarda 10 rəqəmi də əks olunub. “Adidas” bu modeli Messi üçün xüsusi olaraq hazırlayıb. Bu model “The Adidas X Messi 2022 World Cup Speedportal” adını daşıyır.

Qeyd edək ki, Messi və komandası DÇ-2022-də C qrupunda Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0