Qnabriyə 3 TƏKLİF
03.07.2022 - 23:34
Qnabriyə 3 TƏKLİF

“Bavariya”nın futbolçusu Serj Qnabri İngiltərəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın 3 klubu 27 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Konkret olaraq “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal” Almaniya millisinin üzvü uğrunda mübarizə aparır. Almaniya çempionu aparıcı oyunçusunu komandada saxlamaq istəyir, ancaq sərfəli təklif olarsa, satmağın da əleyhinə deyil.

Qeyd edək ki, Serj Qnabrinin “Bavariya” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0