"Qranada"da uruqvaylı futbolçu
27.12.2023 - 17:14
"Qranada"da uruqvaylı futbolçu

"Qranada" heyətinə yeni futbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, İspaniya təmsilçisi Bruno Mendeslə müqavilə imzalayıb.

24 yaşlı futbolçunun hazırda çıxış etdiyi Braziliyanın “Korintians” klubu ilə razılaşması dekabrın 31-də bitəcək. Uruqvay millisinin də şərəfini qoruyan müdafiəçi yanvarın 1-dən yeni klubuna azad agent kimi qoşulacaq.

Qeyd edək ki, Mendes Braziliya çempionatının son mövsümündə 53 qarşılaşmada meydana çıxıb. 
 

writer photo
Əlirza Əlirzalı
0