Qrinvud meydana qayıdır?
01.09.2023 - 13:59
"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, 21 yaşlı ingilisin nümayəndələri "Latsio" klubunun rəsmiləri ilə danışıqlara başlayıblar.
Vinqer sonuncu dəfə meydana 2022-ci ilin əvvəlində çıxıb. O, zorakılıqda ittiham olunaraq, saxlanılsa da, 2023-cü ilin fevralında isə Mançester polisi işi bağladığını bildirib.
Qeyd edək ki, Mançesterlilərin akademiyasının məzunu olan Meyson Premyer Liqada 83 matçda iştirak edərək, 22 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0