Antuan Qrizmannın karyerasını harada davam etdirəcəyi dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü daha bir mövsüm “Atletiko”da qalacaq.
Ötən ilin yayında “Barselona”dan icarəyə götürülən forvard bu müddəti daha bir il uzatmaq üçün kataloniyalılarla olan sözləşmədəki bəndi aktivləşdirib. Anlaşmaya əsasən, 31 yaşlı oyunçu iki il ərzində “Atletiko”nun matçlarının azı 50 faizində iştirak etsə, madridlilər gələn ilin yayında onu 40 milyon avroya transfer etməli olacaq.
Qeyd edək ki, Antuan Qrizmann ötən mövsüm bütün turnirlərdəy 39 oyuna çıxıb, 8 qol, 7 assistlə yadda qalıb. Onun “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.