Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək.
Apasport.az saytının məlumatına görə, mayın 28-dəki finala doğru son addımını atmalı olan 4 komanda ilk oyunlarına çıxacaq.
Paytaxt derbisində “Neftçi” və “Zirə” üz-üzə gələcək. Bölgə komandalarının duelində “Qarabağ”la “Qəbələ” qarşılaşacaq.
Sayca 30-cu – yubiley mövsümü tarixdə 28-ci finalla başa çatacaq. İki dəfə turnir yarımçıq qalıb. Bir dəfə klubların AFFA-ya qarşı qiyamı, digərində koronavirus mövsümü sona çatdırmağa imkan verməyib.
Azərbaycan kubokunun bütün finalları
1992 |
İnşaatçı (Bakı) |
Kür (Mingəçevir) |
2:1, əlavə vaxtda |
1993 |
Qarabağ (Ağdam) |
İnşaatçı (Sabirabad) |
1:0, əlavə vaxtda |
1993/94 |
Kəpəz (Gəncə) |
Xəzər (Lənkəran) |
2:0 |
1994/95 |
Neftçi (Bakı) |
Kür (Mingəçevir) |
1:0 |
1995/96 |
Neftçi (Bakı) |
Qarabağ (Ağdam) |
3:0 |
1996/97 |
Kəpəz (Gəncə) |
Xəzri (Bakı) |
1:0 |
1997/98 |
Kəpəz (Gəncə) |
Qarabağ (Ağdam) |
2:0 |
1998/99 |
Neftçi (Bakı) |
Şəmkir |
0:0, pen 5:3 |
1999/2000 |
Kəpəz (Gəncə) |
Qarabağ (Ağdam) |
2:1 |
2000/01 |
Şəfa (Bakı) |
Neftçi (Bakı) |
2:1 |
2001/02 |
yarımçıq qalıb |
|
|
2002/03 |
keçirilməyib |
|
|
2003/04 |
Neftçi (Bakı) |
Şəmkir |
1:0, əlavə vaxtda |
2004/05 |
Bakı |
İnter (Bakı) |
2:1, əlavə vaxtda |
2005/06 |
Qarabağ (Ağdam) |
Karvan (Yevlax) |
2:1 |
2006/07 |
Xəzər-Lənkəran |
MKT-Araz (İmişli) |
1:0 |
2007/08 |
Xəzər-Lənkəran |
İnter (Bakı) |
2:0, əlavə vaxtda |
2008/09 |
Qarabağ (Ağdam) |
İnter Bakı |
1:0 |
2009/10 |
Bakı |
Xəzər-Lənkəran |
2:1, əlavə vaxtda |
2010/11 |
Xəzər-Lənkəran |
İnter (Bakı) |
1:1, pen 4:2 |
2011/12 |
Bakı |
Neftçi (Bakı) |
2:0 |
2012/13 |
Neftçi (Bakı) |
Xəzər-Lənkəran |
0:0, pen 5:3 |
2013/14 |
Neftçi (Bakı) |
Qəbələ |
1:1, pen.3:2 |
2014/15 |
Qarabağ (Ağdam) |
Neftçi (Bakı) |
3:1 |
2015/16 |
Qarabağ (Ağdam) |
Neftçi (Bakı) |
1:0, əlavə vaxtda |
2016/17 |
Qarabağ (Ağdam) |
Qəbələ |
2:0 |
2017/18 |
Keşlə (Bakı) |
Qəbələ |
1:0 |
2018/19 |
Qəbələ |
Sumqayıt |
1:0 |
2019/20 |
yarımçıq qalıb |
|
|
2020/21 |
Keşlə (Bakı) |
Sumqayıt |
2:1 |
Qeyd: “İnter” və “Keşlə” indiki “Şamaxı”nın əvvəlki adlarıdır.
Yarımfinalçıların adlarına baxsaq, onlardan üçü əvvəllərdən bu səddi adlayanlardır. “Neftçi” ümumiyyətlə yarışın rekordçusudur. Bakılılar 10 dəfə final oynayıb. “Qarabağ” cari mövsüm bu rekordu təkrarlaya bilər. Bunun üçün ağdamlılar yarımfinala adlamalı, “Neftçi” isə büdrəməlidir.
Dörd dəfə final oynayan “Qəbələ” bu göstəricidə “Xəzər Lənkəran”a çatmaq imkanı qazanıb. “Zirə” isə tarixində ilk dəfə finala yüksələrək bunu bacaran 18-ci komanda ola bilər.
Finalçılar
1 |
Neftçi |
10 |
2 |
Qarabağ |
9 |
3 |
Şamaxı |
6 |
4 |
Xəzər Lənkəran |
5 |
5-6 |
Kəpəz |
4 |
|
Qəbələ |
4 |
7 |
Bakı |
3 |
8-10 |
Kür-Nur |
2 |
|
Şəmkir |
2 |
|
Sumqayıt |
2 |
11-17 |
İnşaatçı B |
1 |
|
Şəfa |
1 |
|
Xəzri |
1 |
|
MKT-Araz |
1 |
|
Karvan |
1 |
|
Xəzər L |
1 |
|
İnşaatçı Sb |
1 |
Cari mövsüm 4 fərqli final variantı mümkündür. “Zirə”nin “Qarabağ” və ya “Qəbələ” ilə mümkün dueli finallar tarixində ilk dəfə yaşanmış olacaq.
“Neftçi” finala çıxsa, əvvəllər rast gəlinən həlledici matç təkrarlanacaq. “Ağ-qaralar” hər iki rəqiblə finalda üz-üzə gəlib.
“Neftçi” – “Qarabağ” finalları daha çox üç dəfə baş tutub. Azərbaycan derbisi 4-cü dəfə finala təsadüf etsə, bu rekord yenilənəcək.
Üç cüt finalda iki dəfə görüşüb. Bunlar “Qarabağ” – “Kəpəz”, “Xəzər Lənkəran” – “İnter”, “Neftçi” – “Şəmkir” duelləridir.
Yarımfinalçı klubların baş məşqçilərinə baxsaq, onlardan yalnız biri final həyəcanı yaşayıb. Bu o deməkdir ki, ən azı bir mütəxəssis ilk finalını görəcək.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 4 dəfə həlledici qarşılaşmada olub ki, bunların hamısında komandası qalib gəlib. Samir Abasov (“Neftçi”), Rəşad Sadıqov (“Zirə”) və Elmar Baxşıyev (“Qəbələ”) ilk finalına can atır.
Qalib məşqçilərdən söz düşmüşkən, Qurban Qurbanov Mehman Allahverdiyevlə şərikli rekordçudur. Ağasəlim Mircavadov üç, Kazbek Tuayev, Əsgər Abdullayev və Sənan Qurbanovun iki kuboku var.
Qalib məşqçilər
1992 |
Məmmədəli Məmmədov |
1993 |
Ağasəlim Mircavadov |
1993/94 |
Mehman Allahverdiyev |
1994/95 |
Vaqif Sadıqov |
1995/96 |
Kazbek Tuayev |
1996/97 |
Mehman Allahverdiyev |
1997/98 |
Mehman Allahverdiyev |
1998/99 |
Əhməd Ələsgərov |
1999/2000 |
Mehman Allahverdiyev |
2000/01 |
Əsgər Abdullayev |
2001/02 |
yarımçıq qalıb |
2002/03 |
keçirilməyib |
2003/04 |
Kazbek Tuayev |
2004/05 |
Əsgər Abdullayev |
2005/06 |
Böyükağa Ağayev |
2006/07 |
Ağasəlim Mircavadov |
2007/08 |
Ağasəlim Mircavadov |
2008/09 |
Qurban Qurbanov |
2009/10 |
Cüneyt Biçər |
2010/11 |
Mirça Rednik |
2011/12 |
Novruz Əzimov |
2012/13 |
Böyükağa Hacıyev |
2013/14 |
Böyükağa Hacıyev |
2014/15 |
Qurban Qurbanov |
2015/16 |
Qurban Qurbanov |
2016/17 |
Qurban Qurbanov |
2017/18 |
Yuri Maksimov |
2018/19 |
Sənan Qurbanov |
2019/20 |
yarımçıq qalıb |
2020/21 |
Sənan Qurbanov |
Ümumilikdə 34 baş məşqçi finalda iştirak edib. Rekord Ağasəlim Mircavadova məxsusdur. O, beş finaldan üçündə qələbəyə sevinib. Qurban Qurbanov cari mövsüm 5-ci finalına yüksəlsə, rekord təkrarlanacaq.
Mircavadov iki final uduzan tək məşqçi deyil. Valentin Xodukin, Rəşid Özbəyov, Roman Qriqorçuk və Ayxan Abbasov da eyni uğursuzluğu yaşayıb.
Ümumilikdə 34 finalçı baş məşqçidən 15-i kubok sevinci yaşayıbsa, 19-u titulu görməyib. Yalnız üç mütəxəssis finalda həm qalib, həm məğlub olub.
Finalın uğursuzları
1992 |
Şahin Əhmədli |
1993 |
Rəşid Özbəyov |
1993/94 |
Ağadadaş Həmidov |
1994/95 |
Böyükağa Ağayev |
1995/96 |
Ağasəlim Mircavadov |
1996/97 |
Rəşid Özbəyov |
1997/98 |
Cavanşir Novruzov |
1998/99 |
Asəf Namazov |
1999/2000 |
Nazim Mehrəliyev |
2000/01 |
Oqtay Abdullayev |
2001/02 |
yarımçıq qalıb |
2002/03 |
keçirilməyib |
2003/04 |
Qəhrəman Əliyev |
2004/05 |
Anatoli Konkov |
2005/06 |
Yunis Hüseynov |
2006/07 |
İqor Nakoneçnı |
2007/08 |
Valentin Xodukin |
2008/09 |
Valentin Xodukin |
2009/10 |
Ağasəlim Mircavadov |
2010/11 |
Kaxaber Sxadadze |
2011/12 |
Böyükağa Hacıyev |
2012/13 |
Con Toşak |
2013/14 |
Yuri Syomin |
2014/15 |
Arif Əsədov |
2015/16 |
Vəli Qasımov |
2016/17 |
Roman Qriqorçuk |
2017/18 |
Roman Qriqorçuk |
2018/19 |
Ayxan Abbasov |
2019/20 |
yarımçıq qalıb |
2020/21 |
Ayxan Abbasov |
Vüqar Xeyrullayev
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur