Qvardiolanın istəyi
25.04.2023 - 00:00
Qvardiolanın istəyi

“Mançester Siti” müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” Aron Hikkini heyətinə qatmaq niyyətindədir.

“Brentford”un 20 yaşlı müdafiəçisinin transferini baş məşqçi Pep Qvardiola istəyir. İspaniyalı mütəxəssis cinahda həm müdafiə, həm yarımmüdafiədə oynaya bilən futbolçular yer alsın.

Mançester klubu Antoni Robinsonun da xidmətində maraqlıdır. Lakin “Fulhem” arxa xətt oyunçusu üçün daha çox – 30 milyon avro istəyir.

Qeyd edək ki, Hiki mövsüm ərzində 20 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0