Rafael Leao start heyətində meydana çıxa bilər
10.05.2023 - 13:03
Rafael Leao start heyətində meydana çıxa bilər

"Milan"ın baş məşqçisi Stefano Pioli hücumçu Rafael Leaonun durumuna aydınlıq gətirib.

Apasport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis 23 yaşlı portuqaliyalının Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyununda "İnter"ə qarşı oynayacağına inanır.

A Seriyasının XXXIV turunun “Latsio” ilə matçında zədələnən futbolçunun məşqlərə başladığını bildirən Pioli son qərarı matça saatlar qaldıqda verəcəyini deyib: “Leao özünü yaxşı hiss etsə, start heyətində başlayacaq. Əks halda o, heç ehtiyat oyunçular skamyasında da olmayacaq. Aydındır ki, biz risk edə bilmərik. Dünən nəzərdə tutulan işləri gördü, görək bu gün nə olacaq”.

Qeyd edək ki, "Milan" - "İnter" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0