Rafinya yenidən İngiltərədə?
21.03.2024 - 21:05
Rafinya yenidən İngiltərədə?

"Barselona"nın hücumçusu Rafinya karyerasına yenidən İngiltərədə davam edə bilər. 

Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, Londonun "Tottenhem" klubu braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

"Xoruzlar" 27 yaşlı oyunçu üçün Kataloniya təmsilçisinə rəsmi təklif göndərəcək.  

Xatırladaq ki, "sambaç" İspaniyaya "Lids Yunayted" klubundan keçid edib.

Onun kkubla müqaviləsi 2027-ci ilin iyun ayına kimidir.

writer photo
Əlirza Əlirzalı
0