Klaudio Ranyeri özünə yeni iş yeri tapıb.
Apasport.az saytının məlumatına görə, 71 yaşlı təcrübəli mütəxəssis İtaliya B seriyasında çıxış edən “Kalyari”nin baş məşqçisi təyin olunub.
O, bununla da 31 ildən sonra keçmiş klubuna qayıdıb. Ranyeri 1988-1991-ci illərdə də bu komandanın “sükanı arxasında” olub. İtaliyalı çalışdırıcı gələn ilin yanvarından işə başlayacaq.
Qeyd edək ki, karyerası ərzində 19 klubda işləyən mütəxəssis “Yuventus”, “Atletiko”, “Çelsi”, “İnter” və “Monako” kimi komandalara rəhbərlik edib. O, 2015/16 mövsümündə “Lester Siti”ylə ilk dəfə İngiltərə çempionatının qızıl medallarını qazandırıb.