La Liqanın 27-ci həftəsində "Real Madrid" səfərdə "Valensiya"nın qonağı olub (2:2).
Apasport.az xəbər verir ki, meydan sahibləri 27-ci dəqiqədə Duro ilə önə keçib, 3 dəqiqə sonra Yaremçukla fərqi 2-yə yüksəldib.
Real Madrid ilk hissədə Vinisiusun qoluyla fərqi 1-ə endirib. Braziliyalı ulduz 76-cı dəqiqədə yenidən fərqlənərək hesabı bərabərləşdirib.
Matç sonunda isə kuryoz hadisə baş verib. Belə ki, qarşılaşmanın final fitini eşitməyən futbolçular matçı davam etdirib və Bellinqemin zərbəsi qapıdan keçib. Lakin hakim Bellinqemin qolunu qeydə almayıb.
Etirazlardan sonra isə ingilis futbolçu qırmızı vərəqə alıb.