"Real" "Jirona"nın müdafiəçisini transfer etmək istəyir
05.03.2024 - 12:12
"Real" "Jirona"nın müdafiəçisini transfer etmək istəyir

Hüquqları "Jirona"ya məxsus olan müdafiəçi Migel Qutyerrez "Real Madrid"in maraq dairəsindədir.

Apasport.az xəbər verir ki, “kral” klubu müdafiəçini 8 milyon avroya almaq niyyətindədir. Razılaşma gələn ilin yayında baş tuta bilər. 

22 yaşlı futbolçu 2022-ci ilin avqustunda "Real"dan "Jirona"ya keçib. Futbolçunun klubla müqavilə müddəti 2027-ci ilin ortalarına qədərdir.

Qeyd edək ki, Qutyerrez iştirak etdiyi 30 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" onu 20 milyon dəyərində qiymətləndirir.

writer photo
Əlirza Əlirzalı
0