"Real" Kamavinqanı SATIR
08.04.2024 - 23:24
"Real" Kamavinqanı SATIR

"Real" PSJ-nin hücumçusu Kilian Mbappenin transferinə görə komandanın liderlərindən birini sata bilər.

Apasport.az xəbər verir ki, buna səbəb fransalı forvardın yüksək maaş tələbləridir. Maaş limitini azaltmaq məqsədi ilə "kral klubu" yarımmüdafiəçisi Eduardo Kamavinqanı komandadan göndərə bilər. Onunla "Arsenal" artıq uzun müddətdir yaxından maraqlanır. 

Madrid təmsilçisi futbolçusu üçün ən azı 110 milyon avro tələb edəcək.

writer photo
Əlirza Əlirzalı
0