“Real” Kimmixə elçi düşdü
11.05.2023 - 18:19
“Real” Kimmixə elçi düşdü

“Real” yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Yozua Kimmixi heyətinə qatmağı planlaşdırır.

“Bavariya”nın futbolçusu Madrid təmsilçisinin yarımmüdafiə xəttinin yeni lideri olmalıdır. O, veteranlar Luka Modriç və Toni Kroosun 2024-cü ildə komandadan getməsindən sonra orta xətdə aparıcı rol oynamalıdır.

28 yaşlı futbolçu cari mövsümdə 44 matça çıxıb. O, 6 qol və 11 assistlə yadda qalıb.

Qeyd edək ki, Kimmixin “Bavariya” ilə anlaşması 2025-ci ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0