"Real Madrid"in qapıçısı Andrey Lunin tezliklə klubundan yeni müqavilə təklifi alacaq.
Apasport.az "Relevo" nəşrinə istinadla xəbər verir ki, Los Blankosun rəhbərliyi və məşqçilər heyəti 25 yaşlı futbolçunun cari mövsümdəki çıxışından heyran qalıb.
Danışıqların uğurlu nəticə ilə başa çatma ehtimalı yüksəkdir, çünki qapıçının özü də hazırki komandasında qalmaq istəyir.
Ukraynalı futbolçu cari mövsümdə Karlo Ançelottinin komandasında 23 oyun keçirib, 19 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb. Futbolçunun La Liqa nəhəngi ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.