"Real Madrid"in əfsanəsi "Bayer"ə rəhbərlik edə bilər
06.03.2024 - 11:59
"Real Madrid"in əfsanəsi "Bayer"ə rəhbərlik edə bilər

"Bayer" Xabi Alonsonun gedəcəyi təqdirdə yeni baş məşqçi axtarır.

Apasport.az "Bild" qəzetinə istinadla məlumat verir ki, Leverkuzen klubunun rəhbərliyi "Real"ın və İspaniya millisinin sabiq hücumçusu Raul Qonzalesin namizədliyini nəzərdən keçirir.

Qeyd olunur ki, Raul Alonsonun yerinə namizədlər siyahısında birinci yerdədir.

Daha əvvəl Xabi Alonsonun yayda klubu tərk edə biləcəyi bildirilirdi. Onun xidmətində "Liverpul" və "Bavariya" maraqlıdır.

Bundesliqanın cari mövsümündə “Bavariya”nı 10 xal qabaqlayan “Bayer” turnir cədvəlinə başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0