"Real Madrid"in ulduzu üçün inanılmaz təklif: 1 milyard avro
13.08.2024 - 10:55
"Real Madrid"in ulduzu üçün inanılmaz təklif: 1 milyard avro

Səudiyyə Ərəbistanından "Real Madrid"in ulduzu Vinisius Juniora astronomik təklif gəlib.

Apasport.az ESPN-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl Əhli” klubu Vinisius Juniora illik 350 milyon avro xalis maaş alacağı müqavilə təklif edib.

Braziliyalı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisinə “Real Madrid”dən ayrılmaq istəmədiyini bildirib. "Real Madrid" də futbolçusu ilə yollarını ayırmaq istəmir.

Xəbərdə, Səudiyyə klubunun "Real Madrid"dən 1 milyard avroluq sərbəst qalma müddəasında “kiçik” endirim istədiyi yazılıb.

Real Madrid ilə 2027-ci ilə qədər müqaviləsi olan 24 yaşlı futbolçu İspaniya nəhəngi ilə 264 matçda 83 qol vurub, 75 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0