“Real” Modriçi itirdi
29.09.2022 - 10:50
“Real” Modriçi itirdi

“Real” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Luka Modriç Xorvatiya millisinin düşərgəsindən zədəli dönüb.

Yarımmüdafiəçinin bərpa prosesi bir həftəyə yaxın çəkəcək. O, qarşıdakı iki matçı buraxacaq.

Qeyd edək ki, “Real” qarşıdakı bir həftədə La Liqada “Osasuna”, Çempionlar Liqasında “Şaxtyor”la görüşəcək.

writer photo
Əlirza Əlirzalı
0