“Real” Rodriqonu satır
18.10.2023 - 15:28
“Real” Rodriqonu satır

“Real” futbolçusu Rodriqonun meydandan kənar davranışından narazıdır.

Apasport.az xəbər verir ki, ispan nəhəngi hazırkı dəyəri 100 milyon avro olan braziliyalı hücumçunu satmağı planlaşdırır.

Madridlilər onun əvəzinə Erlinq Haland və ya Kilian Mbappeni transfer etməyi planlaşdırır. Bu oyunçulardan birinin keçidinin yayda reallaşacağı gözlənilir.

Qeyd edək ki, Rodriqo Madrid klubunun heyətində çıxış etdiyi 117 matçda 17 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0