“Real” üçün 50 milyonluq müdafiəçi
23.05.2023 - 16:01
“Real” üçün 50 milyonluq müdafiəçi

“Real” heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, “Liverpul”un müdafiəçisi Endryu Robertson İspaniya nəhənginin maraq dairəsinə düşüb.

Madrid təmsilçisi onu yayda transfer etmək niyyətindədir. Robertson “Real”dan gedəcəyi gözlənilən Ferlan Mendini əvəzləməlidir. Fransalı futbolçu İngiltərə klublarından birinə keçmək niyyətindədir.

Qeyd edək ki, şotlandiyalının keçidinin 50 milyon funt sterlinqə gerçəkləşəcəyi gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0