“Real”a Çempionlar Liqasında kömək etməyə bilər
14.05.2023 - 13:56
“Real”ın ciddi itki ilə üzləşib.
Apasport.az saytı xəbər verir ki, Eduardo Kamavinqa La Liqanın XXXIV turunun “Xetafe” (1:0) ilə matçında zədələnib.
Fransa millisinin də şərəfini qoruyan 20 yaşlı yarımmüdafiəçisi görüşün 84-cü dəqiqəsində meydanı tərk etməli olub. Həkimlərin nəzarətində olan Kamavinqanın Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda iştirakı sual altındadır.
Qeyd edək ki, “Real” Çempionlar Liqasında mayın 17-də “Mançester Siti” ilə üz-üzə gələcək.
0
0