"Real"da Mendi yerinə Alfonso Deyvis planı
17.01.2024 - 00:27
"Real"da Mendi yerinə Alfonso Deyvis planı

Madrid “Real”ı müdafiəçisi ilə yeni müqavilə imzalamamaq qərarına gəlib.

Apasport.az xəbər verir ki, “kral klubu Ferland Mendini mövsümün sonunda satmağı planlaşdırır.

Fransa millisinin də şərəfini qoruyan 28 yaşlı sol cinah müdafiəçisinin komanda ilə müqaviləsi 2025-ci ildə bitəcək. Madrid klubu onu sataraq yerinə  "Bavariya"dan Alfonso Deyvisi almaq istəyir.

Qeyd edək ki, 2019-cu ildən “Real” forması geyinən Mendi bu mövsüm 16 matçda 1 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0