“Real”dan Asensioya təklif
08.11.2022 - 00:00
“Real”dan Asensioya təklif

“Real”ın Marko Asensio ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu yarımmüdafiəçi ilə müqaviləni uzadacaq.

Madrid təmsilçisinin rəhbərliyi bunun DÇ-2022-nin startına qədər gerçəkləşməsini istəyir. 26 yaşlı futbolçuya 2,5 illik anlaşma təklif olunacaq.

Qeyd edək ki, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Marko cari mövsümün 14 matçında 3 qol və 2 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0