"Real" "Barselona"nı korrupsiyada ittiham edən iddia ilə bağlı açıqlama yayıb.
Apasport.az xəbər verir ki, Madrid klubunun yaydığı açıqlamada bunlar qeyd olunub:
“Real"ın İdarə Heyəti bu gün keçirilən iclasında Barselona prokurorluğunun “Barselona” klubunun keçmiş prezidentləri – Xosep Bartomeu və Sandro Rosel, menecerlər – Albert Soler və Oskar Qrauya qarşı irəli sürdüyü ciddi ittihamları nəzərdən keçirib.
Əsaslar korrupsiya cinayətləri, xüsusən də klubun Texniki Arbitrlər Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra ilə münasibətləri ilə bağlı idi.
"Real" faktların ciddiliyindən son dərəcə narahat olduğunu bildirmək istəyir və hüquq sisteminə güvəndiyini bir daha bəyan edir. Klub qanuni hüquqlarını müdafiə edərək, hakim prosesi bütün tərəflərə açdığı zaman məhkəmədə iştirak etməyə razıdır”.
Xatırladaq ki, daha əvvəl Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya ödənişlərə görə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırıb.