“Real”dan Kamavinqa qərarı
28.09.2023 - 14:33
“Real”dan Kamavinqa qərarı

“Real”ın futbolçusu Eduardu Kamavinqa ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Fransa millisinin yarımmüdafiəçisi ilə müqaviləni uzatmağa qərar verib.

2027-ci ilin yayında başa çatacaq indiki anlaşma daha yaxşı şərtlərlə yenilənəcək. Bir neçə aydır davam edən danışıqlarda ilkin razılıq əldə olunub. Yaxın günlərdə müqavilənin imzalanacağı gözlənilir.

Qeyd edək ki, Kamavinqa 2021-ci ildə “Renn”dən 40 milyon avro qarşılığında ‘kral klubu”na transfer olunub.

writer photo
Əlirza Əlirzalı
0