“Real”dan Kamavinqaya yeni müqavilə
28.06.2023 - 01:42
“Real”dan Kamavinqaya yeni müqavilə

Eduardo Kamavinqa “Real”la müqaviləni yeniləyib.

Apasport.az saytı xəbər verir ki, 20 yaşlı futbolçu 2028-ci ilədək komandada çıxış edəcək.

Yeni müqavilənin şərtlərinə görə, fransalı yarımmüdafiəçinin məvacibi yüskəldilib. Bundan əlavə, müqavilədə Kamavinqanı transfer etmək istəyən klub 1 milyard avro ödəməli olduğu maddə yer alıb.

Qeyd edək ki, Eduardo 2021-ci ildə “Renn”dən 40 milyon avroya transfer olunub. O, son mövsümdə La Liqada 37 oyunda meydana çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0