“Real”ın Haland planı
18.06.2022 - 17:15
“Real”ın Haland planı

“Real” “Mançester Siti”nin yeni transferi Erlinq Halanddan əl çəkmir.

Apasport.az saytının məlumatına görə, “kral klubu” gənc hücumçu ilə bağlı yeni plan hazırlayıb.

La Liqa çempionu iki ildən sonra Norveç millisinin üzvünü heyətinə qatmaq niyyətindədir. 2024-cü ildə Halandın sərbəst qalma məbləği 150 milyon avro olacaq. “Real” rəhbərliyi də həmin vaxt bu maddədən yararlanmağa çalışacaq.

Qeyd edək ki, 21 yaşlı forvard “Mançester Siti” ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0