”Real”ın qış planı
13.09.2023 - 16:12
”Real”ın qış planı

Madrid ”Real”ının qış transfer pəncərəsində əsas hədəfi bəlli olub.

Apasport.az saytı xəbər verir ki, La Liqa təmsilçisi yanvarda “Napoli”dən Viktor Osimhenin keçidini həll etməyə çalışacaq.

“Qalaktikos” 24 yaşlı forvardın İspaniyaya köçməsi üçün danışıqlara başlamağı planlaşdırır. Neapol klubu nigeriyalı hücumçunun satışından ən az 100 milyon avro gəlir gözləyir. İddialara görə, paytaxt klubunun prezidenti Florentino Peres şəxsən Osimheni komandada görmək istəyir. 

Qeyd edək ki, bu mövsüm A seriyasının üç matçında meydana çıxan futbolçu 3 dəfə fərqlənməyi bacarıb.

writer photo
Əlirza Əlirzalı
0