Klub direktoru xəstəxanaya yerləşdirildi, matç təxirə salındı
18.03.2024 - 09:19
Klub direktoru xəstəxanaya yerləşdirildi, matç təxirə salındı

Ötən gün A Seriyasının 29-cu həftəsində "Atalanta" "Fiorentina" ilə qarşılaşacaqdı.

Apasport.az xəbər verir ki, matç gözlənilmədən təxirə salınıb. 

"Fiorentina" klubunun direktoru Co Baronenin xəstəxanaya yerləşdirilməsi buna səbəb olub. 

Co Baronenin matçdan saatlar əvvəl komandasının qaldığı oteldə vəziyyətinin pisləşdiyi və xəstəxanaya aparıldığı öyrənilib.

Qeyd edək ki, qarşılaşmanın baş tutacağı tarix hələ bəlli deyil.

writer photo
Əlirza Əlirzalı
0