Reşford xəstə olduğunu deyərək gecə klubuna gedib
29.01.2024 - 20:36
Reşford xəstə olduğunu deyərək gecə klubuna gedib

Markus Reşford yalan danışdığı üçün cərimələnib.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu Markus Reşfordun xəstə olduğunu deyərək məşqə çıxmayıb, gecə klubuna getməsi komanda rəhbərliyinin qəzəbinə səbəb olub.

“Qırmızı şeytanlar”da baş məşqçi Erik Ten Haq 26 yaşlı forvardı ölkə kubokunun 1/16 finalında “Nyuport Kaunti”yə (4:2) qarşı matçın iştirak ərizəsinə salmayıb. 

İngiltərə millisinin də şərəfini qoruyan Reşford canını bununla da qurtara bilməyib.

Belə ki, onu iki həftəlik əmək haqqı məbləğində, yəni 650 min funt sterlinq də pul cəzası gözləyir.

writer photo
Əlirza Əlirzalı
0