Rieranın yeni komandası bəlli oldu
09.10.2023 - 17:29
Rieranın yeni komandası bəlli oldu

“Qalatasaray”ın keçmiş futbolçusu və məşqçisi Fransada işləyəcək.

Apasport.az xəbər verir ki, “Bordo” baş məşqçi postunu Albert Rieraya həvalə edir.

Fransa 2-ci liqasında yer alan komanda 41 yaşlı mütəxəssislə razılığa gələ bilib. 2003-2005-ci illərdə “jirondistlər”in şərəfini qorumuş ispaniyalı veteran futbolçu 3 il (2011/14) “Qalatrasaray”da oynayıb.

Qeyd edək ki, yeni mövsümə uğursuz start verən “Bordo” 10 matçdan topladığı 11 xalla turnir cədvəlinin 13-cü pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0