Ris Ceyms "Bavariya" yolunda
22.09.2023 - 10:27
Ris Ceyms "Bavariya" yolunda

"Bavariya" daha bir futbolçuya elçi düşüb.

Apasport.az saytı xəbər verir ki, Münhen klubu "Çelsi"nin müdafiəçisi Ris Ceymsi heyətə cəlb etməyə çalışır.

23 yaşlı futbolçunun oyunu ilə bağlı skautlardan müsbət cavab alan almanlar “zadəganlar”la danışıqlara başlamağa hazırlaşır. Madrid “Real”ının da futbolçunun transferində maraqlı olduğunu nəzərə alsaq, “Bavariyanı” qarşıda gərgin rəqabətin gözlədiyini deyə bilərik. 

Qeyd edək ki, ötən mövsüm London klubunda 24 oyun keçirən Ceyms 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0