"Roma" Mourinyo ilə yolları ayırdı
16.01.2024 - 12:50
"Roma" Mourinyo ilə yolları ayırdı

"Roma" baş məşqçisi Joze Mourinyo ilə yolları ayırıb. 

Apasport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, İtaliya klubu təcrübəli çalışdırıcının müqaviləsinə xitam verildiyini açıqlayıb.

Xatırladaq ki, 60 yaşlı mütəxəssis 2021-ci ildən "sarı-qırmızılı" komandaya rəhbərlik edib. Portuqaliyalı çalışdırıcı 2022-ci ildə “Roma” ilə Konfrans Liqasının qalibi olub, Avropa Liqasının isə gümüş medallarını qazanıb.

Qeyd edək ki, cari mövsüm A seriyasında keçirdiyi son 5 matçda 3 məğlubiyyət, 1 qələbə və 1 heç-heçə edən "Roma" 29 xalla 9-cu pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0