“Roma”da ciddi itki
09.10.2023 - 09:51
“Roma”da ciddi itki

“Roma” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, İtaliya klubunun futbolçusu Paulo Dibala zədələnib.

O, A seriyasının VIII turunun “Kalyari” ilə matçında xəsarət alıb. Hücumçu start heyətində meydana çıxsa da, artıq 40-cı dəqiqədə zədə üzündən əvəzlənib. Argentinalının durumuna müayinələrdən sonra tam aydınlıq gələcək.

Qeyd edək ki, “Roma” bu matçda 4:1 hesablı qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0