“Roma”da yeni müqavilə
17.07.2023 - 17:47
“Roma” futbolçusu Stefan El-Şaravi ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçinin yeni anlaşma 2025-ci ilin iyunun 30-dək nəzərdə tutulub.
Stefan 2021-ci ildən “canavarlar”ın formasını geyinir. Futbolçu 2016-19-cu illərdə də bu komandada oynayıb. O, ötən mövsümün 29 matçında 7 qol vurub.
Qeyd edək ki, yarımmüdafiəçi karyerası ərzində “Cenoa”, “Padova”, “Milan”, “Monako” və “Şanxay Şenxua”da da çıxış edib.
0
0