Ronaldinyonun oğlu "Barselona"da məşqə başlayıb
23.03.2024 - 15:55
Ronaldinyonun oğlu "Barselona"da məşqə başlayıb

Braziliyanın və "Barselona"nın keçmiş yarımmüdafiəçisi Ronaldinyonun oğlu Joao Mendes Kataloniya klubunun əsas komandasında məşq edib.

Apasport.az xəbər verir ki, gənc futbolçunu məşqə klubun çalışdırıcısı - Xavi Hernandez cəlb edib.

Daha əvvəl Mendesin Kataloniya nəhəngi ilə müqavilə imzaladığı bildirilirdi.

Qeyd edək ki, İspaniya çempionatının 29 turundan sonra "Barselona" 64 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Hernandezin komandası lider "Real Madrid"dən 8 xal geri qalır.

writer photo
Əlirza Əlirzalı
0