Ronaldo 700-ə çatdı
10.10.2022 - 09:38
Ronaldo 700-ə çatdı

Kriştiano Ronaldo klub karyerasındakı qollarının sayını 700-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in hücumçusu Premyer Liqanın X turunda “Everton”la səfər oyununda fərqlənməklə buna nail olub.

Komandasına qələbə gətirən topun (2:1) müəllifi olan portuqaliyalı superulduzun “qırmızı şeytanlar”dakı ümumi qol sayı 144 olub. 37 yaşlı forvard həmçinin “Real”da 450, “Yuventus”da 101, “Sportinq”də isə 5 qol vurub.

Bundan əlavə, Ronaldo bu mövsüm Premyer Liqada siftə etməklə, ardıcıl 20-ci mövsümdə ölkə çempionatında qol vurmağa müvəffəq olub.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 15 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0