Ronaldo, İsko, Asensio, Bellinqem... – “Real”da tarix yazanlar
21.09.2023 - 09:38
Ronaldo, İsko, Asensio, Bellinqem... – “Real”da tarix yazanlar

Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqem klubun tarixinə düşüb.

Apasport.az saytı xəbər verir ki, 20 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin Berlin “Union”una qarşı matçında (1:0) komandasının qələbə qolunu vurmaqla buna nail olub. 

İngilis XXI əsrdə “Kral klubu”nun heyətində həm La Liqa, həm də Çempionlar Liqasındakı debütündə qol vuran dördüncü futbolçu adına yiyələnib. Əvvəllər bu uğura Kriştiano Ronaldo (2009), İsko (2013) və Marko Asensio (2016) nail olub.

Qeyd edək ki, yay transfer pəncərəsində Dortmund “Borussiya”sından paytaxt klubuna gələn Bellinqem 6 matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0