Ronaldo Portuqaliya millisinə qoşulacaq
22.03.2024 - 12:26
Ronaldo Portuqaliya millisinə qoşulacaq

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 39 yaşlı mərkəz hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisinin növbəti oyununda iştirak edəcək.

Apasport.az xəbər verir ki, bu barədə baş məşqçi Roberto Martinez 'ESPN' jurnalisti ilə söhbətində məlumat verib.

Ulduz bombardir tezliklə millinin olduğu yerə gələcək.

Xatırladaq ki, Kriştiano Portuqaliya millisinin dünənki İsveçlə yoldaşlıq oyununu buraxmışdı.

Qeyd edək ki, Martinezin komandası növbəti matçını martın 26-da Sloveniya millisi ilə keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0