Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun gələcək karyerası ilə bağlı daha bir variant üzə çıxıb.
Apasport.az saytının məlumatına görə, Argentinanın “River Playet” klubunun azarkeşləri rəhbərlikdən hücumçunu almağı xahiş edib.
Fanatlar bununla bağlı çağırış edərək xüsusi “#CR7aRive” haşteqini də yayıb. Ronaldonun fotolarını paylaşan azarkeşlər forvardın bu yay Argentinaya köçməsini istəyir.
Qeyd edək ki, Ronaldo “Mançester Yunayted” Çempionlar Liqasına çıxa bilmədiyi üçün komandadan getməyə qərar verib. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.