Ronaldo yeganə təklifi rədd etdi
31.08.2022 - 17:14
Ronaldo yeganə təklifi rədd etdi

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun bu yay klubda qalması gözlənilir.

Apasport.az saytının məlumatına görə, buna səbəb 37 yaşlı superulduzun indiyə qədər Çempionlar Liqasında iştirak edən klublardan heç birindən təklif almamasıdır.

Transfer pəncərəsi dönəmində “mankunianlılar” Ronaldonun keçidi üçün yalnız bir rəsmi təklif alıb – “Əl-Hilal”dan. Ancaq portuqaliyalının planlarında Səudiyyə Ərəbistanına yollanmaq yoxdur. Bu üzdən o, “Əl-Hilal”a rədd cavabı verib. “Qırmızı şeytanlar” Ronaldonun heyətdə qalaraq Avropa Liqasında oynayacağına inamını artırıb.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunda fərqlənməyib.

writer photo
Əlirza Əlirzalı
0