Ronaldo "YouTube" platformasında rekorda imza atıb
22.08.2024 - 13:07
Ronaldo "YouTube" platformasında rekorda imza atıb

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo yeni "YouTube" kanalı ilə rekorda imza atıb.

Apasport.az xəbər verir ki, o, "YouTube" platformasında 90 dəqiqə ərzində 1 milyondan çox abunə toplayıb.

Kanalında Georgina Rodrigezlə birlikdə əyləncəli videolar çəkən ulduz futbolçu 100 min abunəyə ən sürətli çatan şəxs olub. Portuqaliyalı bu uğura 55 dəqiqədə nail olmuş "Sidemen Reacts" kanalının rekordunu qırıb.

Qeyd edək ki, Ronaldo yeni kanalına 1 saat ərzində 11 video yükləyərək xeyli baxış sayı da əldə edib.

writer photo
Əlirza Əlirzalı
0