Ronaldodan 243 dəqiqəlik həsrət
27.07.2023 - 17:31
Ronaldodan 243 dəqiqəlik həsrət

Kriştiano Ronaldo “Əl-Nəsr”in Avropa klubları ilə yoxlama oyunlarında qol həsrəti yaşayır.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz “İnter”lə bugünkü matçda da fərqlənə bilməyib.

38 yaşlı forvard bu qarşılaşmaya qədər PSJ (0:0), “Benfika” (1:4) və “Selta” ilə görüşlərdə də meydanı qolsuz tərk edib. Ronaldo bu oyunlarda ümumilikdə 243 dəqiqə şans qazanıb.

Qeyd edək ki, “Əl-Nəsr” “İnter”lə qarşılaşmada heç-heçəyə nail olub – 1:1.

writer photo
Əlirza Əlirzalı
0