Ronaldodan 50-ci qol
12.12.2023 - 09:07
Ronaldodan 50-ci qol

Kriştiano Ronaldo 2023-cü ildə 50-ci qolunu vurub.

Apasport.az xəbər verir ki, portuqaliyalı ulduz “Əl-Nəsr”in “Əl-Şəbəb”lə matçında fərqlənib.

38 yaşlı hücumçu Səudiyyə Ərəbistanı Kral kubokunun 1/4 final matçında qol sevinci yaşayıb. 50-ci qolu vuran Ronaldo hərəyə 49 dəfə fərqlənən Harri Keyn və Kilian Mbappeni arxada qoyub. Portuqaliyalı forvard klub və yığmadakı qol sayında Erlinq Halanda çatıb.

Qeyd edək ki, “Əl-Nəsr” 5:2 hesablı qələbə ilə yarımfinala yüksəlib.
 

writer photo
Əlirza Əlirzalı
0